Sahibkarlara yeni maliyyə dəstəyi göstəriləcək - VİDEO

05.08.2020 21:59

Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, əməkhaqqları ödənildi. Bununla yanaşı özəl sektorda muzdla çalışanların iş yerləri və əməkhaqqları da qorundu. Görülən bu işlərdə məqsəd COVID-19 pandemiyasına qarşı tədbirlər görmək,sosial rifaha dəstək məqsədiylə fəal iş aparmaqdır. Bu arada Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər.

Pandemiya ilə əlaqədar sosial proqramlar təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir. Bu tədbirlər nəticəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerləri və əməkhaqqları qorundu. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, əməkhaqqları ödənilir. Özəl sektorda işləyən 600 min nəfərə də dövlət dəstəyinin göstərilməsi qərara alındı. Artıq 320 min şəxs bu dəstəkdən yararlanıb.Bundan başqa 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlər təmin edildi.

Dövlət dəstəyi ödənişli ictimai iş yerlərində də özünü biruzə verdi. Beləki məşğulluq imkanlarının artırılması məqsədi ilə ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. . Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi də prioritet sahələrdəndir. Proqramı çərçivəsində minimum 12 min ailəyə kiçik təsərrüfatların qurulması işlərində dəstək verilir. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar və tənha ahıllar da dövlət dəstəyindən kənarda qalmayıb. 85 min ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur.

Bu arada Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.İşçi sayında ciddi azalmalara yol verməyən vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. 250 manat həcmində maliyyə dəstəyi 2 mərhələdə olmaqla avqust və sentyabr aylarını əhatə edəcək.. indiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər.

Bu arada pandemiyanının biznesə təsiri ilə bağlı avqustun 7-də iqtisadiyyat naziri mikayıl cabbarovun sahibkarlarla görüşü keçiriləcək. Görüşdə müzakirələr aparılacaq,özəl sektorun təklifləri dinləniləcək.

© xezerxeber.az

FOTOQALERIYA






334 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR