Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İsmayıllı-Qəbələ yolunu sel basıb, evlərə su dolub - VİDEO

04.08.2020 20:03

İsmayıllıda dünən axşam saatlarında yağan güclü yağış selə səbəb olub. Nəticədə İsmayıllı - Qəbələ yolunu sel basıb, avtomobillər yolda qalıb. Sel suları həyətlərə də dolub.

 

Ötən gecə İsmayıllı rayonunda yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları ciddi fəsadlar törədib.

 

Bir neçə saat yağan güclü yağış nəticəsində Qəbələ- İsmayıllı yolunun Qurbanəfəndi kənd ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinlik yaranıb.Magistral yoldakı suötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Selsularının dağlardan gətirdiyi daşlar, ağackötükləri və lil qatı yolun bağlanmasına səbəb olub. əraziyə texnikalar cəlb olunub.

 

Qurbanəfəndi kəndində bəzi evləri də su basıb.Bir neçə kənd sakninin qırxa yaxın Xırdabuynuzlu heyvanını sel suları aparıb .

 

Qurbanəfəndi kənd ərazisindən Yerləşən istrahət mərkəzınə cidi ziyan dəyib .Dörd hekdar ərazisi tamam yararsız vəziyətə düşüb.

© xezerxeber.az

FOTOQALERIYA






394 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR