Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakının mərkəzində dəhşətli hadisə - 28 yaşlı oğlanı öldürdülər - VİDEO

04.08.2020 19:56

Bakıda tanışını öldürüb qaçan şəxs tutulub. Nərimanov polisi yaşayış binasının qarşısında tanışını mübahisə zamanı bıçaqlayan şəxsi əməliyatla saxlayaraq istintaqa cəlb edib. Nizami rayonunda isə qısqanc kişi həyat yoldaşını bıçaqlayıb. Qazaxda isə kişi həyat yoldaşını güllələyib.

Tanışların aralarında yaranan mübahisə qətlə səbəb olub..

Ağır cinayət Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 20-nin qarşısında baş verib.28 yaşlı İmaməli Xıdırov tanışı və həmyaşıdı Rəşad Sadıqovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb..

İmaməli Xıdırov polis tərəfindən tutulub.O,ilkin ifadəsində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı cinayəti törətdiyini deyib. Faktla bağlı İmaməli Xıdırov barəsində Nərimanov rayon Prokurorluğundan ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb..

Gecə paytaxtın Nizami rayonunda isə kişi həyat yoldaşını bıçaqlayıb. Hadisə Rüstəm Rüstəmov küçəsi ev 26 ünvanında baş verib. 31 yaşlı Aygül Məmmədova əri ilə dava zamanı bıçaqlanıb. Yaralı qadın küçəyə çıxaraq ətradakı insanlaardan kömək isətyib. Yaralı əraziyə çağrılan Təcili Tibbi Yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparılıb. Çoxsaylı bıçaq xəsarəti alan qadın dərhal əməliyyat edilib.

Qeyd edək ki, həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Rasim Məmmədov könüllü olaraq polisə gedərək təslim olub. O, ilkin ifadəsinə hadisəni qısqanclıq zəmnində törətdiyini deyib. Faktla bağlı onun barəsində cinayət işi başlanıb, istintaq davam edir.

Qazaxda isə ər arvadını silahla qətlə yetirib. Hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb. 49 yaşlı Ayaz Osmanlı həyat yoldaşı 43 yaşlı Maral Osmanlını güləlləyib. Qadın xəstəxanaya aparılarkən yolda dünayasını dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanıb. Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Ilkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

© xezerxeber.az

FOTOQALERIYA






320 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR