Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Naxçıvanda yeni model avtomobillərin yığılmasına başlandı - VİDEO

04.08.2020 13:46

Naxçıvan Avtomobil Zavodunda yeni "Naz Lifan L7” modellərinin yığımına başlanılıb.

"Naz Lifan L7” markalı avtomobillər 7 sərnişin tutumuna malikdir və iki modifikasiyada – 1,2 və 1,5 litrlik mühərriklərlə təchiz olunub, minivan tiplidir. Hazırda zavodda 6 ədəd "LF 6431” və 3 ədəd "6431 B” modellərinin yığımı başa çatdırılıb.

Zavodun əməkdaşı Rəhim İsmayılovun verdiyi məlumata görə, avtomobillər mərkəzi qapanma sistemi, güzgülərin avtomatik nizamlanması, yan şüşələrin avtomatik enib-qalxması, EPS, ABS, SRS sistemləri ilə təchiz olunub. Beş pilləli mexaniki sürət qutusu ilə təchiz olunan avtomobillərdə yanacaq sərfiyyatı 6,2 litrdir. Avtomobillər 20 min manatdan başlayan qiymətlərlə satışa buraxılacaq.

14 düymlük alüminium disklər, bütün standartlara cavab verən təhlükəsizlik və müasir işıqlandırma sistemləri ilə təchiz olunan avtomobilin rahat oturacaqları və geniş interyeri onun ən yaxşı xüsusiyyətlərindəndir.(AzərTAc)

© xezerxeber.az

FOTOQALERIYA






210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR