Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Biri nişan, digəri isə yas mərasimi təşkil etdiyi üçün cərimələndi - VİDEO

03.08.2020 20:49

Gəncədə evində nişan mərasimi təşkil edən ailə aşkarlanıb.Polislər həmin ünvana gələrək mərasimi dayandırıb. Karantin qaydalarını pozduqlarına görə 7 nəfər cərimələnib. Tovuzda isə yas mərasimi təşkil edən şəxs cərimələnib.

Biri nişan, digəri isə yas mərasimi təşkil etdiyi üçün cərimələnib.

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanlıraq Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətirilib.Bölmədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərov əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilib...

Tovuzda isə həyata keçirilən nəzarət tədbirləri ilə rayonun Aşağı Quşçu kəndində yas mərasimi zamanı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq epidemiya əleyhinə rejimi pozan ev sahibi Dilgəm Abbasov cərimə edilib.

Bundan əlavə şəhərlər arası fəaliyyət göstərən bir neçə ictimai nəqliyyat vasitəsinin sürücüləri və sərnişinləri qaydaları pozduqlarına görə cərimə olunublar.

© xezerxeber.az

FOTOQALERIYA






401 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR