Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Polis ictimai nəqliyyatda nəzarət tədbirlərini davam etdirir - VİDEO

03.08.2020 20:33

Yoluxmanın sayını aşağı salmaq üçün nəzarət tədbirləri davam etdirilir. Xüsusilə polisin keçirdiyi reydlər insaların məsuliyyətini artırır. Bunun nəticəsidir ki, karantin qaydalarını pozaraq cərimə olunanların sayı azalıb. Bu gün də reydlər davam etdirilib. Hətta həddindən artıq sıxlıq olan avtobuslardan bəzi sərnişinlər düşürülüb.

Əvvəlcə avtobuslarda sərnişinlərin maska taxıb-taxmadıqları yoxlandı. Həddindən artıq sıxlıq olan avtobuslardan bəzi sərnişinlər düşürüldü.

Görüntülər Bakı Şəhər Baş polis İdarəsinin, nərimanov rayon polis idarəsi və yol polisi əməkdaşlarının birgə keçirdiyi reyddəndir. Polis koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün rayonlar üzrə qapalı məkanlar daxil olmaqla davam etdirilən tədbirlərdə icazəsiz hərəkət edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Reyd daha sonra Nizami rayonu ərazisində davam etdirilib. Diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməlidir.

Göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunması istiqamətində nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən, sosial məsafəni gözləməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

© xezerxeber.az


308 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR