Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bolqarıstanda erməni faşistinə abidə hazırlandı və haqqında film çəkildi - VİDEO

01.08.2020 20:25

Bolqarıstanda erməni əslli faşist Qaregin Njde haqqında film çəkilib. Bu azmış kimi, faşizm nümayəndəsinin büstü də hazırlanıb. Millət vəkilləri bildirirlər ki, bütün dünya ölkələri bu cür addımlara qarşı çıxmalıdır. Çünki, ermənilərin faşizmi təbliğ etməsi dünya birliyi üçün real təhlükədir.

Bolqarıstanda erməni faşizminin nümayəndəsi Qaregin Njde haqqında film çəkilib. Rusiyada nəşr olunan erməni saytlarının yaydığı məlumata görə, filmi Bolqarıstandakı erməni xeyriyyəçi maliyyələşdirib. Qeyd edilib ki, bolqar heykəltəraş erməni faşistinin büstünü də hazırlayıb və tezliklə açılışı olacaq. Abidənin postamentinin altı üçün torpaq isə Njdenin Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirdiyi Zəngəzurdan gətiriləcək.

Millət vəkili Sevil Mikayılova deyir ki, Bolqarıstanda Erməni əslli faşist Njdeyə heykəl ucaldılmasını və bu cəllad üçün filmin çəkilməsini bütün dünya ictimaiyyəti birmənalı şəkildə etirazla qarşılamalıdır. Bolqarıstanda erməni əslli faşistə heykəl ucaldılması da təsadüfi deyil.

Sevil Mikayılova vurğulayıb ki, Njdeyə Sovet məhkəməsi tərəfindən 25 il həbs cəzasının verilməsi və bu kimi faktlar hər kəsə məlumdur. Bu tarix elə də uzaq bir dövr deyil və dünya birliyi faşizmin nə olduğunu çox gözəl anlayır. 1945-ci ildə faşizm üzərində qələbə qazanmış ölkələr bu gün dünya birliyinin təhlükəsizliyi üçün yaranmış təhdidin fərqində olmalıdır. İllər öncə Azərbaycan dövlətinin Ermənistanın faşizm meyllərinin cücərdilməsində maraqlı olmasını ifşa etməsi bütün dünya üçün həyəcan təbili olmalı idi.

Sevil Mikayılova qeyd edib ki, ermənilərin bu dağıdıcı əməllərinin qarşısı birmənalı şəkildə alınmalıdır. Əks halda dünyada təhlükəsizliyin təhididi kimi çıxış edən Ermənistan dövlətinin azğınlaşmış əməllərinin çiçəklənməsini görəcəyik. Bununla da dünya birliyinin düzəninə vurulacaq zərbələrin nəticisinə bütün ölkələr şahid olacaq.

© xezerxeber.az

FOTOQALERIYA






323 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR