Tovuzun bir neçə kəndi artilleriya atəşinə tutulub - VİDEO

16.07.2020 12:55

Tovuzun bir neçə kəndi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələri səhərə yaxın rayonun Ağdam, Əlibəyli, Hacallı, Muncuqlu və Vahidli kəndlərini və ordumzun üzbəüz mövqelərini 120 mm-lik minaatanlardan, D-30 toplarından atəşə tutub.

Bu zaman Tovuzun Dondar Quşçu kəndinə düşən top mərmiləri dağıntılara səbəb olub. Evlər və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Silahlı Qüvvələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görərək atəş nöqtələrini susdurub.

Amma vəziyyətin yenidən gərginləşməsinə baxmayaraq kənddə həyat əvvəlki axarı ilə davam edir. Sakinlərin ordumuza olan inam və etimadı böyükdür.

Müdafiə Nazirliyindən bildirilib ki, bölgədəki əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


364 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR