Yaralı hərbçilərimizin vəziyyəti stabildir - VİDEO

15.07.2020 20:56

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanan əsgərlərimizin vəziyyəti stabildir. Onlar 24 saat həkim nəzarətindədirlər.

Xezerxeber.az-ın məlumatına görə, yaralı hərbçilər ölkənin aparıcı tibb işçilərinin nəzarətindədir. Müasir avadanlıqlarla təchiz edilən xəstəxanada müalicə olunan hərbçilərimizə tibbi müdaxilələr edilib, hazırda onların vəziyyəti yaxşıdır.

Ağır və ya yüngül yara almalarına baxmayaraq, xəstəxanadakı bütün hərbçilər öz döyüş əzmlərini qoruyub saxlayır, tezliklə sağalıb yenidən ön cəbhəyə dönmək istədiklərini deyirlər.

Hərbi xəstəxananın ixtisaslı tibbi heyəti yaralılar arasında heç bir ağırlaşma hallarının olmadığını qeyd ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






370 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR