Şəhid polkovnik İlqar Mirzəyevin cənazəsi Bakıda böyük izdihamla qarşılandı - VİDEO

14.07.2020 22:49

Polkovnik, artilleriya komandiri şəhid İlqar Mirzəyevin cənazəsi Bakıya gətirilib. Onun nəşi paytaxtın Xətai rayonunda yerləşən ata ocağına aparılıb. Şəhidimizin cənazəsi böyük coşqu ilə qarşılanıb.

Xezerxeber.az-ın məlumatına görə, İlqar Mirzəyevin yaxınları və oğlu atasının nəşini çiyinləri üzərində daşıyaraq mənzilə gətirilib.

''Xəzər Xəbər''ə müsahibə verən şəhid komandirin oğlu atası ilə fəxr etdiyini və onun yolu ilə gedəcəyini deyib.

Şəhidimiz sabah dəfn ediləcək.

Qeyd edək ki, artilleriya komadiri İlqar Mirzəyev iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






464 dəfə oxunub

ÇOX OXUNANLAR