Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Düşmən təxribatına baxmayaraq, Ağdam kəndində həyat öz axarı ilə davam edir - VİDEO

14.07.2020 22:10

Düşmən təxribatlarına baxmayaraq, kənddə həyat öz axarı ilə davam edir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət şiddətli döyüşlərin getdiyi Tovuzun Ağdam kəndindən gedir. Ermənistan ordusu ötən axşamdan başlayaraq yaşayış məntəqələrini də artilleriya qurğularından atəşə tutmağa başlayıb. Lakin buna baxmayaraq, kənddə hər şey öz qaydasında davam edir. Sakinlər bildirirlər ki, ordumuza güvənirlər və inamları çox yüksəkdir. Bu səbəbdən də kəndi tərk edərək harasa getmək niyyətləri yoxdur.

Sakinlər bildirirlər ki, əmr verilsə, onlar da döyüşə getməyə hazırdırlar.

Onlar bu cür şiddətli olmasa da, neçə ildir atəş səslərinə və güllələrin evlərə atılmasına öyrəşiblər. Bu səbəbdən də heç nədən qorxuları yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


255 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR