Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Rayonlarda karantin qaydalarını pozanlar cərimələnir - VİDEO

14.07.2020 10:27

Mingəçevirdə sərt karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkar edilib.

Xezerxeber.az-ın məlumatına görə, şəhər polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq işlədiyi məlum olub. Obyektə baxış zamanı orada bərbər və müştərilərin olduğu aşkar edilib. Rejim qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Yevlax rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 8 nəfərin idman zalında toplaşaraq məşq etdikləri müəyyən edilib. Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində isə rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin təşkilatçısı və orada iştirak edən şəxslər barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Analoji qayda pozuntusu Xaçmazda da qeydə alınıb. Rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşları şəhər ərazisində xidmət aparan zaman şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil etdiyini aşkarlayıblar. Polis əməkdaşları dərhal məclisi dayandırıblar. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


244 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR