Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Düşmən itkilərini gizlədir - VİDEO

14.07.2020 10:21

Ordumuz tərəfindən Ermənistanın təxribatına verilən layiqli cavab nəticəsində düşmənin itkiləri olsa da, Ermənsitan hakimiyyəti bu məlumatları gizlədir.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Könül Nurullayeva cəbhə xəttində baş verən təxribatı və ölkə başçının Təhlükəsizlik Şurasının iclasında çıxışını şərh edərkən bildirib.

Millət vəkili deyib ki, Ermənistan hakimiyyətinin öz xalqını aldatmasına baxmayaraq, sosial şəbəkələrdə elə ermənilər tərəfindən itkilərin sayının çox olduğu qeyd edilib. Onun sözlərinə görə, bundan əvvəlki cəhdlər kimi Ermənistanın bu cəhdi də uğursuz olub və elə nəticələrinə görə məsuliyyəti də Ermənistan hakimiyyəti daşıyır.

Millət vəkili Ermənistan hakimiyyətinin vətəndaşların diqqətinin daxili problemlərdən yayındırmaq üçün bu yolu seçdiyini, amma Azərbaycan ordsunun gücünü hesaba almadığını bildirib. Könül Nurullayevanın sözlərinə görə, hazırda xalqımızda böyük döyüş əzmi var və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə tam qadirdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR