Döyüşlərin getdiyi Ağdam kəndində həyat öz axarı ilə davam edir - VİDEO

14.07.2020 10:15

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı qətiyyətlə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, düşmən qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Həmin istiqamətdə gecə saatlarında vəziyyət yenidən gərginləşib. Ordumuzun adekvat cavab tədbirləri nəticəsində düşmən yenidən ağır itkilərlə üz-üzə qalıb. Səhər saatlarınadək davam edən döyüşlərdə düşmənin bir neçə atəş nöqtəsi birdəfəlik susdurulub.

Döyüşlərin getdiyi Ağdam kəndində isə həyat əvvəlki axarı ilə davam edir. Sakinlər ordumuza güvəndiklərini və kənddən heç yerə getməyəcəklərini bildiriblər.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR