Cəbhə xəttində gərginlik: Ordumuz düşmənə ağır zərbələr endirir - VİDEO

13.07.2020 20:26

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə etməsinin qarşısı alınıb. Azərbaycan Ordusunun bölmələri düşməni cavab atəşi susduraraq geri çəkilməyə məcbur edib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

Vaqif Dərgahlı onu da bildirib ki, əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilib. Bölmələrimiz düşmənin dayaq məntəqəsinə zərbə endirib. Dərinlikdə olan mövqeləri darmadağın edilib. Ermənistan tərəfinin itki yoxdur deməsi isə sadəcə çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Müdafiə Nazirliyinin rəsmisi vətəndaşlara da çağırış edib. Vaqif Dərgahlı əhalinin orduya dəstək nümayiş etdirməsinə münasibət bildirib.

Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi də atəşə tutub. Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib. Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Bu gün axşam saatlarında isə Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub. Kənd sakinlərinə heç bir ziyan dəyməyib. Müdafiə Nazirliyindən bildirilib ki, düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






409 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR