Saatlıda su problemi yaşanır - VİDEO

12.07.2020 09:41

Saatlı rayonunun kəndlərində su problem yaşanır.

Artıq vəziyyət artıq kritik hal alıb. Yaranan problem sakinləri ciddi narahat edir.

Xezerxeber.az-ın məlumatına görə, bu vəziyyət əsasən rayonun Mircəlal, Soltanabad, Çolpu, Nabat, Orta Muğan, Smadakənd, Azadkənd və qonşu kəndlərdə hökm sürür.

Sakinlər deyirlər ki, su qıtlığı nəinki sahələrdə olan kanallarda, hətta kəndlərə gələn ana suvarma kanallarında da yaşanır. Hətta sakinlər suvarma üçün şor su kollektorundan istifadə etməyə məcbur qalıb.

Bəzi sakinlər isə pambıq tarlasını bir dəfə belə sulaya bilməyib. Su qıtlığı əkin sahələri ilə yanaşı, maldarlıq təsərüfatlarından da yan keçmir.

Saatlı Suvarma Sistemləri İdarəsinin məsləhətçisi Şükür Ağayev deyib ki, mövcud vəziyyətinin əsas səbəbləri rayona daxil olan su kütləsinin azalması və bu günlərdə suvarmaya olan tələbatın maksimum həddə çatmasıdır.

Qeyd edək ki, rayonda olan su probelmi ilə əlaqədar qərargah yaradılıb. Su qıtlığı olan kəndlərdə içməli su təminatı üçün maşınlar ayrılıb. Buna baxmayaraq, suvarmada olan çətinlik həllini tapa bilmir. Hazırda sahələrin suvarılması üçün mümkün variantlar axtarılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR