Yol polisi də dayanma və durmaya görə cərimə yazacaq - VİDEO

12.07.2020 08:52

Dayanma və durma qaydalarının pozulmasına görə Daxili İşlər Nazirliyinə də cərimə tətbiq etmək səlahiyyəti verilib. 

Xezerxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 10 iyul tarixli fərmanında əksini tapıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, yeni mexanizmlə bağlı müəyyən istisnalar var. İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə edilən dəyişikliyə əsasən, iki halda dayanma-durma qaydasının pozulmasına görə cəriməni yalnız BNA tətbiq edə bilər. Ekspertin sözlərinə görə, bunlardan biri ödənişli park yerlərində ödəniş etmədən dayanmadır. Digər bənd isə 24 saatdan artıq parklanma yerində avtomobil saxlamaqla bağlıdır.

Ərşad Hüseynov vurğulayıb ki, birgə nəzarət mexanizminin effektiv olması üçün hər iki qurum prosesi vahid sistemlə idarə etməlidir. Çünki qanun eyni şəxsin eyni qayda pozuntusuna görə iki fərqli qurum tərəfindən cərimə tətbiq edilməsinə yol vermir

Qanuna uyğun olaraq evakuasiya xidmətini də hər iki qurum həyata keçirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






716 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR