Pandemiyadan zərər çəkmiş sahibkarlara kredit dəstəyi - VİDEO

11.07.2020 08:50

Pandemiyadan zərər çəkmiş sahibkarların bundan sonra alacaqları kreditlərin 60 faiz hissəsinə dövlət tərəfindən zəmanət veriləcək. Bununla bağlı artıq mexanizm təsdiq edilib. Sahibkarların müraciətlərinə başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, kredit faizləri də subsidiyalaşdırılacaq. Faizlərin yarısını dövlət maliyyələşdiriləcək. Məsələn, sahibkar 14 faizlik bir kredit əldə edibsə, bu zaman faizlərin yarısını dövlət, digər hissəsini isə sahibkar özü ödəyəcək.

İkinci mexanizm isə cari ilin 10 mart tarixinə qədər kredit götürən sahibkarların yükünü azaldacaq. Sözügedən tarixə sahibkarların əldə etdikləri kreditlərə tətbiq edilən faiz dərəcələrinin 10 faizi dövlət tərəfindən ödəniləcək. Bildirilir ki, bu proqramın ümumi həcmi 500 milyon manat təşkil edir. Krediti əldə etmək istəyən sahibkarlar ilk olaraq "Asan imza" vasitəsilə "Elektron kredit platforması"na daxil olmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR