Həzi Aslanovun "Dosye"si açlacaq - VİDEO

10.07.2020 21:49

Alim və tədqiqatçılar günlərlə Azərbaycanın dahi şəxsiyyətləri barəsində araşdırma aparır. Aktyorlar isə həmin şəxsiyyətlərin obrazını əyani olaraq canlandırırlar. Köhnə Azərbaycan filmlərindən edilən əlavələrlə 45 dəqiqəlik "Dosye” hazır olur.

Söhbət şənbə günləri axşam saat 6-da "Xəzər” Televiziyasında efirə gedən "Dosye" verilişindən gedir.

Xezerxeber.az-ın məlumatına görə, veriliş Azərbaycanın dahi şəxsiyyətlərini izləyicilərə tam fərqli formatda tanıdır.

Ssenari müəllifi Elnur Əliyev deyir ki, "Dosye” təkcə dahi şəxsiyyətləri deyil, həm də müasir dövrün alim, professor və tədqiqatçılarını tamaşaçıya tanıdır. Veriliş boyu fikirlər araşdırmaçıların özləri tərəfindən səsləndirilir.

Bu günə kimi Abbasqulu Ağa Bakıxanov, Mirzə Ələkbər Sabir, Ağamusa Nağıyev və Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski kimi tanınmış azərbaycanlılar tamaşaçılara təqdim olunub. Bu həftə isə Həzi Aslanovun "Dosye”si açılacaq.

"Dosye”nin aparıcısı Xalq artisti Nurəddin Mehdixanlıdır. O da veriliş boyu ssenariyə daxil olan orijinal fikirləri səsləndirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

© xezerxeber.az

FOTOQALERIYA






498 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR