Koronavirusa yoluxma hallarında sabitləşmə müşahidə olunur - VİDEO

10.07.2020 21:10

Ölkədə karantin rejiminin daha 60 gün tətbiq olunacağı barədə xəbərlər şayiədir.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, qərarlar epidemioloji vəziyyət təhlil olunaraq verilir: "Vəziyyətin qiymətləndirilməsindən asılı olaraq qərar veriləcək. Hazırda karantin rejiminin müddətinin artırılacağı barədə qərar yoxdur”. 

Azərbaycan Prezidentinin köməkçisi onu qeyd edib ki, Kubadan Azərbaycana həkimlər gələcək: "Kubanın dünyada böyük təcrübəsi var. Xüsusən Kubanın Ebola virusuna qarşı böyük təcrübəsi var. Kuba və Azərbaycan arasında dostluq münasibəti mövcudur və imzalanmış sazişə uyğun olaraq Kubadan həkimlər gələcək”.

Hikmət Hacıyev vətəndaşları zərurət olmadıqca xarici səfərlərə getməməyi çağırıb və yoluxma statistikasına əsasən hər an yenidən sərhədlərin bağlana biləcəyini bildirib. Konfransda cəzaçəkmə müəssisələrində qeydə alınan yoluxmalarla bağlı da məlumat verilib.

İclasda ictimai nəqliyyatda olan sıxlıq da gündəmə gətirilib və Bakı Nəqliyyat Agentliyinin qarşısında avtobusların sayının artırılması ilə bağlı tələbin qoyulduğu bildirilib.

Mətbuat konfransında hazırda Bakı şəhərində 10 min 202 vətəndaşın evdə ambulator şəraitdə müşahidə altında olduğu və ehtiyac yaranarsa, bu addımın bölgələrdə də atılacağı qeyd edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






530 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR