Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Karantin qaydalarını pozan 31 nəfər cərimələnib - VİDEO

10.07.2020 09:14

Ağsuda yas mərasimi təşkil edənlər məsuliyyətə cəlb olunublar.

Xezerxeber.az-ın məlumatına görə, Rayon İcra Hakimiyyəti və polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə rayonun Ərəbmehtibəy kəndində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub. Polis əməkdaşları həmin yas mərasimini dərhal dayandırıb və orada olan şəxslər saxlanaraq şöbəyə gətirilib. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün 18 nəfər barəsində protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.

Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı Leytenant İbrahimov küçəsindəki binadakı mənzillərdən birində hərbi xidmətə gedən gənc üçün yığıncaq keçirildiyi müəyyən olunub. Məclisə müdaxilə edən polislər ev sahibi və qonaqlıqda iştirak edən 6 nəfəri şöbəyə gətiriblər. Xüsusi karantin qaydalarını pozan sakinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.

Ümumiyyətlə, Şirvan şəhərində keçirilmiş reydlər zamanı qapalı yerlərdə - mağaza, bərbərxana və digər iaşə obyektlərində tibbi maskadan istifadə etməyən daha 7 nəfər barəsində inzibati protokollar tərtib edilib və onlar cərimələniblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR