Ermənistan pandemiya ilə bacarmır - VİDEO

08.07.2020 10:25

Ermənistan hökuməti koronavirus pandemiyasının səbəb olduğu problemlər qarşısında çıxılmaz vəziyyətdə qalıb. Xezerxeber.az-ın məlumatına görə, yoluxma sayı hər gün artdığı üçün bərbad vəziyyətdə olan səhiyyə sistemi buna tab gətirə bilmir.

İqtisadi cəhətdən vassalı olduğu ölkələrdən gələn yardım hesabına ayaqda qalmağa çalışan Ermənistanın indi bu paylardan məhrum olması ölkəni daha da çətin hala salıb.

Millət vəkili Sevil Mikayılovanın sözlərinə görə, bu gün ölkə ərazisində kütləvi həbslərin və narazılıqların alovlanması da hökumətin pandemiya ilə mübarizədə uğur qazana bilməməsindən qaynaqlanır. Nəticədə yoxsul təbəqə və çıxılmaz vəziyyətdə olduqlarını dərk edən bəzi hakimiyyət nümayəndələri Nikol Paşinyana açıq-aşkar müharibə elan ediblər. Təbii ki, demokratiyanın olmadığı bir mühitdə hakimiyyət etirazları bir üsulla yatırtmağa çalışır. Kütləvi həbslər pandemiya dövründə daha da artmaqdadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR