Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İctimai nəqliyyatın fəaliyyəti ikigünlük dayandırıldı - VİDEO

04.07.2020 21:03

Bu gün paytaxt da daxil olmaqla, sərt karantin rejimi elan olunan şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. İşə gedənlər isə ya şəxsi avtomobildən istifadə etməli olub, ya da taksidən. İctimai nəqliyyatın işləməməsinə baxmayaraq, taksilərə tələbat isə əvvəlki günlərdən dəfələrlə az olub.

Kimi şəxsi avtomobili ilə evdən çıxıb, kimi isə taksi axtarır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin elan olunan şəhər və rayonlarda bu gün və sabah ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Bakı Metropoliteni də iyulun 20-nə kimi fəaliyyət göstərməyəcək. Fəaliyyətinə icazə verilən sahələrdə çalışanlar icaze.e-gov.az portalında qeydiyyata alınmaqla, digər şəxslər isə sms icazə ilə evdən çıxa bilərlər. Lakin ictimai nəqliyyatın işləməməsi səbəbindən küçələrdə insanların hərəkəti çox az idi. Rast gəldiklərimiz isə işə gedib-gəldiklərini deyirdilər.

Bu gün ictimai nəqliyyat fəaliyyət göstərməsə də, icazə portalında qeydiyyatdan keçən taksilər işləyir. Sürücülərin sözlərinə görə, ictimai nəqliyyat işləmədiyi üçün taksilərə tələbatın çox olacağı gözlənsə də, bunun əksi baş verib.

Sərt karantin rejimi elan olunan şəhər və rayonlarda sabah və sonrakı 2 həftəsonu da ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

© xezerxeber.az

FOTOQALERIYA






283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR