Koronavirusa görə 9 binanın sakinləri təcrid olundu - VİDEO

04.07.2020 14:48

Avstraliyanın Viktoriya ştatında son sutka ərzində 108 koronavirusa yoluxma halı qeydə alınıb. Bu, son üç ayda rekord göstəricidir.

XəzərXəbər "Report”-a istinadən xəbər verir ki, virusun yayılmasının qarşısını almaq üçün səlahiyyətlilər 9 yaşayış binasının, təxminən, 3 min sakinini tamamilə təcrid edib.

"Bugünkü rəqəmlər pandemiyanın başlamasından bəri ikinci ən yüksək, martın 28-dən bəri isə ən yüksək göstəricidir. Bu rəqəmlər hələ də uçurumun kənarında olduğumuzu göstərir. Sakinlər evlərində qalmalıdır. Yalnız əsas xidmətləri göstərənlərin giriş-çıxış imkanı olacaq”, - Viktoriya ştatının Baş naziri Den Endryusun "Twitter” səhifəsində dərc olunan açıqlamasında deyilir.

Bütün evlər Melburn şəhərinin ətrafındakı ərazilərdə yerləşir. Səlahiyyətlilər sakinləri testdən tam keçirənə qədər 3 minə yaxın sakinin evdən çıxmasına icazə verilməyəcək. Bu isə 5 gün çəkəcək.

© xezerxeber.az

FOTOQALERIYA






174 dəfə oxunub

XƏBƏRLƏR

04.08.2020 11:52

Faktiki hava açıqlandı

ÇOX OXUNANLAR