Masallı və İsmayıllıda karantin qaydalarını pozan şəxslər cərimələnib - VİDEO

03.07.2020 19:33

Masallı rayonunda kafe və çayxana karantin rejiminin qaydalarını pozub.

Xezerxeber.az-ın məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onların qaydalara zidd olaraq fəaliyyət göstərdikləri müəyyən olunub.

Obyektlərə baxış zamanı kafenin sahibi Ramiz Abıyev və 3 nəfər müştərinin, həmçinin çayxananın sahibi Səfər Əlizadə və 8 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Masallı rayon polis şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

İsmayıllıda da karantin qaydalarını pozan icarədar və müştərilər cərimələnib. Polis əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkar edilib. Aralarında azyaşlılar da olmaqla, 20-yə yaxın şəxsin oyun zalında tibbi maskadan istifadə etmədən, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub. İcarədar və 15 müştəri cərimə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






273 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR