Yeni yaradılan publik hüquqi şəxslərin görəcəyi işlər məlum olub - VİDEO

02.07.2020 21:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur dəyişikliyi sosial xidmətlərin daha səmərəli həyata keçirilməsinə imkan yaradacaq. Nazirlik yanında müvafiq qurumların bazasında yeni publik hüquqi şəxslərin yaradılması vətəndaşların sosial məsələlərinin daha operativ həllini təmin edəcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu deyən Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı yeni yaradılacaq Sosial Xidmətlər Agentliyinin həyata keçirəcəyi işlərdən də danışıb.

Əsmər Nəcməddinqızı sosial xidmət müəssisələrinin fəaliyyətinin keyfiyyət tələblərinə uyğunluğuna vahid nəzarət mexanizminin yaradılacağını da bildirib. Məqsəd bu mexanizm əsasında həmin müəssisələrin fəaliyyətinin monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsidir. Qeyd edək ki, ölkəmizdə sosial xidmətlər sahəsində Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adlı dörd yeni publik hüquqi şəxs təsis olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






503 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR