Bakıda gizli işləyən kafe aşkarlanıb - VİDEO

02.07.2020 20:32

Bakıda karantin rejimini pozan kafe aşkarlanıb. 

Xezerxeber.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları paytaxtın Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində keçirilən qonaqlığın qarşısını alıb. Polis əməkdaşları gələrkən müştərilərin bəzisi pəncərədən qaçmağa cəhd etsə də, məqsədlərinə nail ola bilməyiblər. Keçiriləcək məclisin 27 iştirakçısı 2-ci polis bölməsinə gətirilib. Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat məbləğində cərimə olunub, kafe sahibi ilə bağlı materiallar isə məhkəməyə göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






366 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR