Xüsusi karantin rejimi daha iki həftə uzadıla bilər - VİDEO

30.06.2020 20:58

"Xüsusi karantin rejiminin iyulun 5-dən etibarən daha iki həftə uzadılması nəzərdə tutulub".

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, bu günə qədər olan tendensiyalar verilən qərarların düzgün olduğunu göstərir. Karantin rejimi gələcək günlərdə də öz nəticəsini göstərəcək. Aviareyslərin bərpası məsələsinə toxunan Prezidentin köməkçisi bildirib ki, Bakı-İstanbul-Bakı reyslərinin davamı olaraq digər ölkələrlə də uçuşların bərpa edilməsinə baxıla bilər.

Hikmət Hacıyev qeyd edib ki, xüsusi karantin rejiminin tətbiqi ilə bərabər ev şəraitində müalicə olunanlarla bağlı yardımı özündə ehtiva edən xüsusi paketlərin hazırlanması da nəzərdən keçirilir. Paketin təfərrüatları ilə bağlı yaxın günlərdə ətraflı məlumat veriləcək.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə ev şəraitində koronavirusdan müalicə alanlarla bağlı məsələdən danışıb. Qeyd edib ki, onlara dərman vasitələri ərazi poliklinikaları tərəfindən çatdırılacaq.

Nadir Zeynalov bildirib ki, koronavirusu simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müşahidə və müalicəsi bu gündən etibarən poliklinikaların üzərinə qoyulur. Artıq Bakı və ətrafında 39 COVID-19 məntəqəsi yaradılıb.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə bildirib ki, yaxın günlərdə laborator testlərin aparılması üçün ölkəyə yeni avadanlıqlar gətiriləcək

Yaqut Qarayeva onu deyib ki, ölkəmizdə hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb. Buna baxmayaraq, hazırda virusun yayılma sürətinin minimuma endirilməsi üzərində iş gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






354 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR