Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

9108 “Çağrı Mərkəzi” gücləndirilmiş rejimdə fəaliyyət göstərir - VİDEO

30.06.2020 21:04

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib. Belə ki, həmin ərazilərdə iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir.

Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar "ASAN xidmət”in 9108 "Çağrı Mərkəzi”nə müraciət edilməsi imkanı yaradılıb.


Vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət” mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla "Çağrı Mərkəzi”nin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təchiz ediliblər.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən xəbərə görə, gün ərzində mərkəzin əməkdaşları təxminən 12-14 mindən çox vətəndaş müraciəti qəbul edirlər. 9108 "Çağrı Mərkəzi” vasitəsilə müraciətlərin qəbulu xüsusi karantin rejimi müddətində nəzərdə tutulur. Müraciətlər bu müddətdə həftənin bütün günləri saat 09:00-dan 21:00-dək həyata keçirilir. Eyni zamanda, vətəndaşların daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədilə 24 saat avtomatlaşdırılmış rejimdə sorğuları cavablandıran sistem fəaliyyət göstərir.

Xatırladaq ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.

Əməkdaşlar üçün icazənin alınmasına görə isə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilir.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR