Azərbaycanda yay mövsümü çox isti keçəcək - AÇIQLAMA - VİDEO

30.06.2020 19:21

İyul-avqust aylarında ölkəmizdə havanın temperaturu normadan yüksək olacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, bu il 2010 və 2015-ci illərdə olduğu kimi yay ayları çox isti olacaq. Bakı və Abşeron yarımadası, eləcə də Aran rayonlarında isti hava dalğalarının təkrarlanacağı gözlənilir.

Məhərrəm Həsənov deyib ki, əvvəlki illərdə Azərbaycanda bu cür isti hava dalğası qısamüddətli olurdusa, bu il belə günlərin sayının çox olacağı proqnozlaşdırılır.

Odur ki, insanlar belə hava şəraitində açıq havada çox qalmamalıdırlar.

Qeyd edək ki, ölkədə 2018- ci ilin avqust ayında Bakı üçün xarakterik olmayan müsbət 44 dərəcə temperatur qeydə alınmışdı. Bu isə son 120 ilin rekord temperatur göstəricisi idi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR