Kaliforniyada irqi qarşıdurma – VİDEO

07.06.2020 11:45

Qaradərili nümayişçilər qarşılarına çıxan ağdərililəri döyürlər.

RT-nin məlumatına görə kadrlar ABŞ-ın Kaliforniya ştatının Riversayd şəhərində qeydə alınıb.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əskinaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür. Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb və artıq 12-ci gündür ki, davam edir.

© xezerxeber.az


416 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR