Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Yayılmış əxlaqsız videoya görə qızını güllələdi, videodakı şəxs başqası çıxdı - VİDEO

06.06.2020 10:02

Türkiyədə dəhşətli cinayət baş verib.

Türkiyə mətbuatı xəbər verir ki, Ankaranın Çubuk kəndində ata 18 yaşlı qızını güllələyərək qətlə yetirib.

Hadisə atanın qızını başqası ilə səhv salması səbəbindən baş verib.

Belə ki, 51 yaşlı Harun Yıldız internetdə qızına oxşayan birinin əxlaqsız videosunu görüb. O, videodakının 18 yaşlı qızı Şeyma Yıldız olduğunu zənn edib. Lakin qız atasına həmin videodakının o olmadığını bildirib.

Qız and-aman etsə də, ata ona inanmayıb. Qəzəblənən ata odlu silahı götürərək qızını güllələyib.

Sonradan araşdırma aparılıb və videodakı qızın Şeyma Yıldız olmadığı məlum olub. Şeyma Yıldızın meyitindən 9 güllə aşkarlanıb.

Hadisəni törədən qatil ata tutulub. O, törətdiyi əməli etiraf edib. 51 yaşlı Harun Yıldızın əməlinə məhkəmə qiymət verəcək.
Hadisədən sonra sosial şəbəkələrdə qatil ata pislənib və etirazlara səbəb olub. Bir çox insan Harun Yıldızın edamını tələb edib.

 
BAKU.WS

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR