Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bu gecədən xüsusi karantin rejimi sərtləşdirilir - VİDEO

05.06.2020 20:25

Bu gecə saat 00:00- dan etibarən 8 iyun saat 06.00- a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət dayandırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, marketlər,bazarlar digər bütün ticarət mərkəzləri bu müddətdə bağlı olacaq.

Yaxın qohumunun yas mərasimində iştirak üçün 102 -ə, həkimə getmək üçün isə 103-ə müraciət etmək lazımdır.

Fəaliyyətinə icazə verilən sahələrdə isə əməkdaşların sayı minimuma endiriləcək.

Bu müddətdə əhalinin ərzaq tədarükünü təmin etmək məqsədi ilə yükdaşımalar həyata keçiriləcək. Özəl sekorda bəzi sahələrin xidməti dayanmayacaq.

Zəruri sahələrdə işləyən vətəndaşlar yalnız icazə sistemindən qeydiyyatdan keçmiş xüsusi avtomobillərlə daşınacaq.Xidməti avtomobil olmadıqda isə bu Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciəti əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil olunacaq.

Heç bir halda fərdi nəqliyyat vasitəsindən istifadəyə icazə verilməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






329 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR