Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda sərnişin avtobusunun yanması texniki xidmət problemini gündəmə gətirib - VİDEO

04.06.2020 19:26

Bakıda hərəkətdə olan sərnişin avtobusu yanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Məlumata görə 208 saylı marşurut xəttində hərəkət edən avtobusun yanacaq çəni partlayıb. Partlayışın ardından avtobusda yanğın olub.

Sürücü Cavid Məmmədov avtobusdan enərək alovun qarşısını almaq istəyib, amma buna müvəffəq ola bilməyib və avtobus tamamilə yanaraq yararsız hala düşüb.

208 saylı avtobusun qarajının təchizat müdri Elşən Qəşəmzadə deyib ki, hadisə vaxtı avtobusda sərnişin olmayıb. Avtobus qaraja doğru hərəkətdə olan zaman onun salonunda qısaqapanma yaranıb və alova çevrilib.

Qeyd edək ki, bu hadisə avtobuslara vaxtında texniki xidmətin göstərilməsi məsələsini gündəmə gətirir. Hər gün yüzlərlə sərnişin daşıyan avtobuslara texniki xidmət necə göstərilir?

Çəkiliş apardığımız zaman müşahidə etdik ki, sözügedən marşrut xəttinin istehsalat bazasında şərait o qədər də yaxşı deyil. Burada avtobuslara lazımi xidmət edəcək nə avadanlıq nədə ki, işçi qüvvəsi var. Bu arada xatırladaq ki, hələ bir neçə il əvvəl Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlər qarşısında bununla bağlı öhdəlik qoymuş. Tələb edilmişdi ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bütün avtobus xətlərinin istehsalat bazası olmalı və onlara vaxtı-vaxtında texniki xidmət göstərilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR