Azərbaycanın ilk informasiya şousu - "Birinci Studiya" yayıma başlayır - VİDEO

05.06.2020 20:57

Azərbaycanın ilk informasiya şousu yayıma başlayır.

Xezerxeber.az-ın məlumatına görə, veriliş bu həftənin bazar günü Xəzər Televiziyasında tanınmış aparıcılar - Günay Malikqızı və Günay Novruzqızının təqdimatında efirə gedəcək.

Verilişin adı "Birinci Studiya"dır. Veriliş hadisələrə fərqli baxışı ilə tamaşaçıları təəccübləndirməyi hədəfləyib.

Hadisələrlə bağlı subyektiv fikirlər və obyektiv araşdırmalar "Birinci Studiya"nı digər informasiya verilişlərindən fərqləndirəcək.

"Birinci Studiya" informasiya şousu 7 iyun saat 21:00-da efirdə olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






253 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR