Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycan və Türkiyə vətəndaşlarından viza tələb edilməyəcək - VİDEO

03.06.2020 19:57

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırılıb.

Xezerxeber.az-ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişi təsdiq edib.

Sazişə əsasən, 90 günədək müddətə səfər etmək istəyən Türkiyə və Azərbaycanın etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib ki, bundan əvvəl Azərbaycan və Türkiyə vətəndaşları 30 gün vizasız qala bilirdilər. Artıq müddət uzadılıb. Qərarın yaxın vaxtlarda qüvvəyə minəcəyi bildirilib.

Qeyd edək ki, Saziş mayın 31-də Milli Məclisin iclasında da ratifikasiya edilmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR