Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda qadına qarşı soyğunçuluq edilib, saxlanılanlar var - VİDEO

03.06.2020 19:12

Bakıda qadına zor tətbiq edərək ona qarşı soyğunçuluq edilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində baş verib.

Naməlum şəxslər qadına yaxınlaşıb ona zor tətbiq etməklə əlindən içərisində 450 manat olan çantasını alıblar. Zərərçəkən şəxs polisə şikayət edib və cinayəti törədənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını istəyib.

Əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən iki nəfər tutulub.

Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun '' 20 Yanvar '' stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

Araşdırma zamanı məlum olub ki, onlar qadının bankomatdan çıxardığı 360 manat pulu aralarında bölüblər. Çantanı isə yaxınlıqdakı zibil qabına atıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR