Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Gömrükdə əməliyyat: 50 milyon avroluq narkotik tutuldu - VİDEO

03.06.2020 20:10

Yemişin altında gizlədilmiş yarım tondan çox narkotik maddəni ölkə ərazisinə gətirən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Cənub ərazi Baş Gömrük İdarəsinin əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya yük avtomobilində külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə məlumat daxil olub.

Həmin əməliyyat məlumatı əsasında, ''Astara '' gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə ''yemiş '' yükü aparan Azərbaycan vətəndaşı Allahverdi Məmmədovun etibarnamə ilə idarə etdiyi yük nəqliyyat vasitəsi saxlanıb.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin qoşqusuna reaksiya verib. Qoşquda olan 26 ədəd paletdə qablaşdırılan "yemiş" yükü boşaldılıb. Yüklərə baxış zamanı ordan heroin aikar edilib.

Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli deyib ki, narkotik maddələr qablaşdırılmış şəkildə 545 kiloqram olub.

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Allahverdi Məmmədov barəsində müvafiq maddələrlə cinayət işi başlanıb.

Xatırladaq ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqramdan çox heroin aşkarlayıb və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan artıqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR