DİM-dən imtahan iştirakçıları üçün maarifləndirici VİDEOÇARX

03.06.2020 11:51

Dövlət İmtahan Mərkəzi tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx hazırlanıb.

Mərkəzdən bildirilib ki, video imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq ərsəyə gətirilib.

Qeyd edilib ki, bu il orta məktəblərin buraxılış imtahanları, eləcə də, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının pandemiya şəraitinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR