Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb - VİDEO

01.06.2020 19:16

Gəncə şəhərində gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb.

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.

Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi "Disney_kids_school”uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F.Əliyevvə mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


© xezerxeber.az

FOTOQALERIYA






228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR