Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Sosial şəbəkələr qanunla tənzimlənməlidir? - ŞƏRH - VİDEO

30.05.2020 20:42

Məlum olduğu kimi bu günlərdə ABŞ Prezidenti Donald Tramp "Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayıb. Sərəncam sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək edəcək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək.

Sərəncama görə, "Twitter”, "Facebook”, "Instagram” və "YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə münasibətdə selektiv yanaşmalar tətbiq edirlər.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən sərəncamın imzalanması sosial şəbəklərə nəzarət məsələsini gündəmə gətirib. Trampın fikrincə, xüsusən "Twitter”, ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir və informasiya təxribatı ilə məşğuldur. Hesab edir ki, onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil. Bunun qarşısını almaq üçün isə sosial şəbəkələrin fəaliyyətinin qanunvericiliklə tənzimlənməsinə ehtiyac yaranıb.

Mövzunu şərh edən "APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı hesab edir ki, bütün cəmiyyətlər kimi sosial şəbəklərin də qanunlarla idarə edilməsi mütləqdir.

İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Osman Gündüz isə bildirir ki, sosial media 1996-cı ildə ABŞ-ın qəbul etdiyi "Kommunikasiya etikası barədə" aktla tənzimlənir.

Onun fikrincə, Trampın gündəmə gətirdiyi məsələ isə istifadəçinin paylaşımlarına müdaxilədir və bu da həmin akta ziddir.

Mütəxəssislər bildirir ki, sosial media istifadəçilərə həm öz səslərini dünyaya çatdırmaq, maariflənmək, həm də biznes qurmaq kimi böyük üstünlüklər verir. Amma bu platformalardan mənfi məqsədlər üçün də istifadə edilir. Bu cür şəbəkələr soyüş, qeyri-etik davranış, terror və qarşıdurmalara çağırış platformasına çevrilib. Müxtəlif ölkələrdə sabitliyin pozulması prosesi də buradan idarə olunur. Odur ki, bu sahəni tənzimləyəcək qanunlar da beynəlxalq səviyyədə qəbul edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






264 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR