Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Məcburi köçkünlərin məşğulluğunun artırılması diqqət mərkəzindədir - VİDEO

30.05.2020 21:12

Bu günlərdə açılışı olan "Qobu Park-3” yaşayış kompleksində məcburi köçkünlərin mənzillə təmin edilməsi ilə yanaşı, onların məşğulluğu da nəzərə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən kompleksdə ''Xarı bülbül'' təlim və istehsalat mərkəzi açılıb. Burada məcburi köçkün ailələrindən olan qadınlara xalçaçılığın sirləri öyrədilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov deyib ki, təlimə cəlb edilən şəxslərə əməkhaqqı veriləcək. Xalçaçılığı dərindən mənimsəyənlər mərkəzdə müəllim kimi çalışa biləcəklər. Təlim keçən digər şəxslərə isə tikiş dəzgahları veriləcək və onlar öz evlərində bu işi davam etdirəcəklər. Onların toxuduqları xalçaların satılmasında Dövlət Komitəsi yaxından köməklik göstərəcək.

Nəsimi Nərimanov onu da bildirib ki, kompleks sakinlərinin məşğulluğunu təmin etmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edilir. Bu çərçivədə iki müəssisə fəaliyyətə başlayıb və orada da məcburi köçkünlərin işlə təmin edilməsi prosesi həyata keçirilir.

Qeyd edək ki, bu müəssisələrdə çalışan işçilərin 80 faizi ''Qobu Park-3'' yaşayış kompleksinin sakinləri olacaq. O da bildirilib ki, məcburi köçkünlər üçün salınan digər komplekslərdə də əhalinin məşğulluğunun təmin edilməsi üçün addımlar atılır və bundan sonra da atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






294 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR