Bakı küçələri növbəti dəfə dezinfeksiya edilib - VİDEO

30.05.2020 19:38

Bakıda növbəti dəfə genişmiqyaslı dezinfeksiya tədbirləri keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən pandemiya dövründə paytaxtda 4-cü dəfə yüzlərlə küçə və prospekt dezinfeksiya olunub.

Həmçinin yaşayış binaları, həyət və yaşayış məhəllələri, idman-əyləncə qurğuları, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dezinfeksiyaedici tədbirlər davam etdirilib.

Dezinfeksiya işlərinə paytaxtın kommunal xidmətlərinin 2 min nəfərdən çox əməkdaşı cəlb edilib. Həmçinin Daxili Qoşunların avtomobilləri də yolları dezinfeksiya ediblər.

Qeyd edək ki, mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR