Nyu-Yorkda afroamerikalının polis tərəfindən öldürülməsinə etiraz olaraq aksiya keçirilib - VİDEO

30.05.2020 09:44

Nyu-York ştatının Manhetten şəhərində afroamerikalı Corc Floydun Minneapolisdə polis tərəfindən işgəncə ilə öldürülməsinə etiraz olaraq aksiya keçirilib.

Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, polisin qanunazidd hərəkətlərinə qarşı kütləvi etiraz və iğtişaşlar bu həftə Minnesota və digər ştatlarda da baş tutub.

Qeyd edək ki, ötən gün polis tərəfindən küçədə saxlanılan Corc Floyda qarşı amansız hərəkətlər edilib. Həbs zamanı ağır çəkili polis dizini Floydun boynuna basıb. O, nəfəs ala bilmədiyini desə də polis buna əhəmiyyət verməyib. Nəticədə afroamerikalı boğularaq ölüb.

Polislərdən birinin - Derek Çavenin şübhəli şəxs kimi həbs edildiyi bildirilib.

Sosial şəbəkələrdə yayılmış həmin anları əks etdirən videogörüntülərdə Corc Floyd eyni vaxtda bir deyil, üç polis tərəfindən tutulur.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR