Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanda nağdsız ödənişlərin həcmi artır - VİDEO

29.05.2020 21:19

Azərbaycanda nağdsız ödənişlərin həcmində ciddi artım müşahidə edilir. Artım ötən illə müqayisədə 26 % dən çoxdur.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bunu bir neçə amillə əlaqələndirir.

İqtisadçı millət vəkili nağdsız ödənişlərin ölkə iqtisadiyyatına yalnız müsbət təsir etdiyini, bu amilin vergi yığımının artmasına və nəticədə dövlət büdcəsində daha çox vəsaitin daxil olmasına kömək etdiyini bildirib.

Vüqar Bayramov bildirib ki, artıq ölkəmizdə nağdsız ödənişlər zamanı, ƏDV nin 15 %- lik hisəsinin müştərilərə qaytarılması qaydası tətbiq edildiyindən, növbəti aylarda da bu ödənişlərin həcminin artacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR