“Qobu Park-3”ə hansı ərazilərdə yaşayan məcburi köçkünlər köçürüləcək? - VİDEO

29.05.2020 20:25

Ötən gün açılışı olan "Qobu Park-3” yaşayış kompleksinə, əsasən Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanalarında yaşayan məcburi köçkünlər köçürüləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, Qaradağ rayonu ərazisində yerləşən "Qobu Park-3" yaşayış kompleksində ümumilikdə 1336 mənzil var. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı isə dördotaqlıdır.

Fuad Hüseynov deyib ki, dünyada iqtisadi və maliyyə böhranı hökm sürdüyü, neftin qiymətinin bir neçə dəfə kəskin düşdüyü şəraitdə Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi heç bir layihədə yubanma və ixtisar olmadı. Əksinə, 2019-cu ildə məcburi köçkünlər üçün 5 minə yaxın ev-mənzil tikildi, bu il isə 7- 8 min mənzilin məcburi köçkünlərə təhvil verilməsi nəzərdə tutulur.Bununla yanaşı, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır və beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər.

Qeyd edək ki,"Qobu Park-3" yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






402 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR