Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azadxan Xoyski: 28 May - Respublika Günü mənim ən əziz bayramımdır - VİDEO

28.05.2020 21:06

102 il bundan əvvəl 1918-ci ilinbu günümüsəlman şərqində ilk demokratik respublikanın əsası qoyuldu. Bu şanlı hadisənin qürurunu xalqımızayaşadan cumhuriyyət qurucularınıehtiramlaanırıq.Həmin böyük şəxsiyyətlərdən biri - Fətəli Xan Xoyskinin nəslindən olanAzadxan Xoyski üçünsə bu ən əziz bayramdır.Bu bayramı fəxrlə qeyd edənXoyskinəslinin nümayəndəsi eyni zamanda cumhuriyyət dövrünü araşdırır.Azadxan Xoyski düşüncələrini XəzərXəbər-lə bölüşüb.

Böyük, müstəqil Azərbaycanın şanlı keçmişində bir Cümhuriyyətin adı var. Bu gün o cümhuiyyət özünün 102 yaşını qeyd edir. 23 ay ömür sürən amma tarixə müsəlman şərqinin ilk demokratik respublikası kimi həkk olunan bu dövlət hamımızın qürur mənbəyidir. Bu gün müstəqil Azərbaycanın səmasında üçrəngli bayraq dalğalanır. Amma nə acı həqiqətdir ki, Cümhuriyyət qurucularına Vətəndə, bu bayrağın kölgəsində dəfn olunmaq qismət olmayıb. Onlardan birinin, cümhuriyyətin xariciyyə işlər naziri Fətəli Xan Xoyskinin nəslindən olan Azadxan Xoyski XəzərXəbər-ə qonaq olub:

Azadxan Xoyski ömrünün otuz ilini həm babasının həm də ümumilikdə Cümhuriyyəti quranların tarixlərini araşdırmağa sərf edib. Özünün təbirincə desək aylarla Moskva kitabxanalarında qalıb, arxivləri töküb, ailəsi hqda müfəssəl məlumatlar əldə edib. Onun soyadından beş nəfər həm respublikanın qurulmasında iştirak edib, həm də məşəqqətlərə məruz qalıb:

Fətəli xan Xoyski Əhməd Ağayevlə həm mübarizə yolunu həm də ölümü paylaşır. Ölkəsindən didərgin düşən Xoyskini Tiflisin İrəvan meydanında Daşnaksütyun partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan qətlə yetirir.

MüasirAzərbaycan dövlətilayiqlivaris kimiöz şanlı tarixinə ləyaqətlə sahib çıxır. Günü gündən qüdrətlənən Azərbaycan həm də xalq cumhuriyyətinin qurucularının ülvi arzularını reallaşdırır.

© xezerxeber.az


229 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR