"İstiqlal bəyannaməsi"ni imzalayanların aqibəti necə oldu? - VİDEO

28.05.2020 20:58

İstiqlal bəyannaməsinə imza atanların böyük əksəriyyəti 30-40 yaş arasında olub. Həmin şəxslər ömürlərinin sonuna kimi istiqlal mübarizəsi aparıblar. "Xəzər Xəbər" istiqlal bəyannaməsinin orijinalının saxlanıldığı yeri çəkib. Həmin sənəd harada saxlanılır ? İstiqlal bəyannaməsinə səs verən 26 nəfərin yarıdan çoxu niyə öldürülüb ? Əməkdaşımız Nəcəf Həsənovun xüsusi reportajını təqdim edirik.


İstiqlal bəyannaməsini Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli,Camo bəy Hacınski,Şəfi bəy Rüstəmbəyov,Nəriman bəy Nərimanbəyov,Cavad bəy Məlik Yeqanov və Mustafa Mahmudov imzalayıblar. İstiqlal bəyannaməsini qəbul edilməsi ilə milli dövlət yaradıldı.O dövləti quranlar xalqın bağrından çıxan ziyalılar idi...
 

İstiqlal bəyannaməsinə imza atanlar, səs verənlərin böyük əksəriyyəti 30-40 yaş arasında olub..Ən yaşlı şəxs Firudin bəy Köçərlinin 55, Rəhim bəy Vəkilovun isə 21 yaşı var idi.Həmin şəxslər ömürlərinin sonuna kimi istiqlal mübarizəsini aparıblar..

İstiqlal bəyənnaməsini imzalayanların xalqa bağlılığı,yüksək mənəvi keyfiyyətlərə malık olmaları bu gün də unudulmur.Tarixçilər o dövrdə hökumətə rəhbərlik edən Nəsib bəy Yusifbəyliyə, atasının yazdığı məktubu bu gündə xatırlayırlar.

Lakin sonradan istiqalal bəyannaməsinin lehinə səs verənlərin əksəriyyəti təqib edilib, yarıdan çoxu isə öldürülüb.

İstiqlal bəyannaməsini imzalayanların bəziləri cümhuriyyətin süqutundan sonrakı yaxın 1-2 il ərzində öldürülüb, əksəriyyəti isə 37-ci ilin repressiya qurbanı olub. Səsvermədə bitərəf qalan Sultan Məcid Qənizadənin belə yaşamağına icazə verilməyib.Digər bitərəf Cəfər bəy Axundovun taleyi haqqında isə heç bir məlumat yoxdu. Bu insanların azad və demokratik düşüncədə olması heç cür qəbul edilmirdi.

Mühacirətə gedənlərin əksəriyyəti isə Türkiyə, Almaniya və Polşada məskunlaşmağa məcbur olub.

Onlar öz canlarından keçərək, yoxsulluq səfalət içində yaşayaraq Azərbaycanın gələcəyinə olan ümidlərini heç vaxt itirmədilər.
 
Uğurunda canlar verilən 3 rəngli bayrağımız isə müstəqil Azərbaycan var olduğu müddətcə daima dalğalanacaq.

© xezerxeber.az

FOTOQALERIYA






291 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR