Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanda imtahanlar belə keçiriləcək: Qaydalar açıqlandı - VİDEO

28.05.2020 19:46

Gələn aydan 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanacaq. İmtahanlar həftə sonları müxtəlif şəhər və rayonlarda təşkil ediləcək. Ali təhsil müssisələrinin bakalavriat və magistratura səviyyələrinə qəbul zamanı isə bir sıra ixtisaslar üçün qabiliyyət imtahanı keçirilməyəcək.

İyun ayından etibarən hər həftə sonu 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanacaq. İmtahanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq xüsusi izolyasiya tədbirlərinə uyğun təşkil ediləcək. İmtahan günləri və ona uyğun şəhər və rayonların adları yaxın 2-3 gün ərzində elan olunacaq. İmtahana buraxılış vərəqələri isə hər imtahandan 5 gün əvvəl Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul zamanı isə bir sıra ixtisaslar üçün qabiliyyət imtahanı keçirilməyəcək.

Magistratura səviyyəsinə qəbul üçün isə təkcə 70-ci proqrama aid olan və bu proqramda yalnız rəssamlıq akademiyasının ixtisaslaşmaları üçün qabiliyyət imtahanı keçiriləcək.

© xezerxeber.az


306 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR