Azərbaycanda ATA VƏHŞİLİYİ: 11 yaşlı oğlunu bıçaqladı - VİDEO

27.05.2020 20:54

Gecə Bakıda ağır cinayət olub. Ata azyaşlı oğlunu əvvəlcə döyüb, daha sonra onun başına dəmirkülqabı ilə bir neçə dəfə vurub. Bununla da kifayətlənməyən ataoğlunun başına bıçaqla bir neçə xəsarət yetirib. Yaralı uşaq təcili yardımla xəstəxanaya aparılıb və ona ilkin yardım edilib. Hadisəni törədən şəxs isə qaçaraq gizlənib. İndi polis onu axtarır.

Ata 11 yaşlı uşağını əvvəlcə döyüb, daha sonra isə başına bıçaqla bir neçə zərbə vurub.

Dəhşətli hadisə paytaxtın Suraxanı rayonu Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Fikrət İsmayılov adlı şəxs 2009-cu il təvəllüdlü oğlunu yaşadığı evdə döyüb. Daha sonra onun başına dəmir külqabı ilə bir neçə zərbə endirib. Bununla da kifayətlənməyib onun baş nahiyyəsinə bir neçə bıçaq zərbəsi vurub. Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi 3 saylı şəhər xəstəxanasına aparılıb.

Xəstəxanadan polisə məlumat verilən kimi həmin evə polis gəlib. Qonşuların sözlərinə görə, Fikrət İsmayılov polislərin gəldiyini görən kimi hadisə yerindən qaçıb. Uşaq deyir ki, atası onuvə qardaşını dilənməyə məcbur edirmiş.

Hadisə vaxtı uşağın anası Bəsti Məhərrəmova da evdə olub. Ananın sözlərinə görə, Fikrət İsmayılovla 15 ildir ailəlidir və onların birgə nikahdan üç övladı var. O, bir neçə ildirhəyat yoldaşı tərəfindən döyüldüyünü və uşaqlarına qarşı da belə zorakılıqlar edildiyini iddia edir.

Fikrət İsmayılovun anası Rəna İsmayılova hadisədən axşam xəbər tutan kimi dərhal onların yaşadığı evə gəlib. Ana da iddia edir ki, oğlu bu hadisəni narkotik maddəyə olan təlabatını ödəmək üçün törədib.

Qeyd edək ki, Fikrət İsmayılov avaraçılıq və dilənçiliklə məşğul olurmuş. Bakı Şəhər Baş Polis İdarəsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, uşağın və anasının izahatı alınıb, hadisə ilə bağlı araşdırmalar aparılır. Fikrət İsmayılovun isə tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

© xezerxeber.az


233 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR